"Trias - Armourcoat Azerbaijan" Haqqımızda.

Firmamız, 70'dən çox ölkədə fəaliyyət göstərməkdə olan Dunya brendi Armourcoat firmasının Azərbaycanda rəsmi numayəndəsi olaraq , firmanın bütün məhsullarının  tək icraatçısıdır. Dekorativ boyalar «Armourcolor»,  dekorativ suvaqlar «Armourcoat Polished Plaster»,  süni daşlardan hazırlanmış müxtəlif dekorativ  elementlər «Armourcast»,   3D heykəltəraşlıq effektləri və yenilikçi panel sistemləri «Armourcoat Sculptural®» olmaq üzərə divar örtüklərində geniş məhsul  çeşidliliyinə sahibdir. Bu materialların hərbiri unikal xüsusiyətlərə malikdir. Armourcast dekorativ rilyef  panellər və Armourcoat daş efektli divar örtükləri ilə sayısız önəmli və prestijli projelərdə yer almışdır.

Armourcoat firmasının bu yenilikçi materialları, dünyanın ən nüfuzlu me'mar və dizaynırlarının, inşaat şirkətlərinin də diqqətindən kənarda qalmamışdır. Bu materiallar, lüks otellər və  istirahət mərkəzlərində, böyük layihəli ticarət mərkəzlərində, rezidans və villalarda istifadə edilmişdir. Beynelxalq referanslardan bə'ziləri isə bunlardır: Atkins sənət muzeyi, Burj Al Ərəb və Burj Khalifa, Donna Karan, Louis Vuitton, Van Cleef & Arpels , Christian Dior, Cartier, Gucci, Chanel.

Dekorativ divar örtüklərimiz daş efektli olub, daşa ən yaxın görüntünü verərək bir o qədərdə muqaviməti yuksəkdir. Hərcür Mərmər, Beton, Təbii daş, Travertin , Qranit, Qum, Taxta, Dəri vs. kimi xüsusi divar örtüklərimiz mövcuddur. Təbii görünüşünü heç itirmədən ilk günki kimi efektini qorumaq ən başlıca xüsusiyətləri arasındadır.

Bizim məhsullar istifadə sahələrinə görə eksteryer və interyerdə, eləcədə sanitar qovşaqları və tavanlarda olmaq üzərə çeşitliliyə sahibdir. Armourcoat me’mar, dizaynır və inşaat şirkətlərinə verdiyi fərqli məhsul töhfəsi ilə hərzaman seçimlərdə brend olaraq dünyada adından söz etdirməktədir.